"Real Madrid" rəsmilərindən heç biri bu gün Parisdə keçiriləcək "The Best"in mükafatlandırma mərasiminə qatılmayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.
"Kral klubu"nun bossları adı mövsümün rəmzi komandasına namizədlərin siyahısına salınmayan Vinisius Juniora haqsızlıq edildiyini düşündükləri üçün FİFA və FIFPro-nun tədbirini boykot etməyi uyğun sayıblar.
Xəbərə görə, ilin ən yaxşı futbolçusu adına namizəd Kərim Benzema, ilin ən yaxşı məşqçisi adını qazana biləcək Karlo Ançelotti, eləcə də ilin ən yaxşı qapıçısı seçilmək ehtimalı olan Tibo Kurtua Parisə yollanmayacaq.
Nihat