"Milan"ın hücumçusu Zlatan İbrahimoviç "Atalanta" ilə çempionat matçının (2:0) ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, DAZN 280 günlük məcburi fasilədən sonra meydana çıxan 41 yaşlı İbranın dediklərini belə çatdırıb:
"Zarafat etmirəm, mən formada olanda dünyanın ən yaxşısı olaraq qalıram. Son aylarda o qədər əziyyət çəkmişəm ki... Ancaq indi 5 dəqiqə oynamaq üçün burada deyiləm. İlk dəqiqələrdən başlamaq, sona qədər meydanda olmaq istəyirəm! Əvvəlki kimi oynamağa davam etsəm, gələn mövsüm də "Milan"da qalacağam. Əmin olun ki, daha bir neçə mövsüm oynamaqda qərarlıyam".
Nihat