Azərbaycan Basketbol Liqasında (ABL) 20-ci turun oyunlarının tarixi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, turun görüşləri üç günə bölünüb.
1 mart
19:15. NTD - "Gəncə"
4 mart
17:30. "AAAF Xırdalan" - "Olimpik" (Şəki)
20:00. "Sabah" - "Sərhədçi"
5 mart
15:00. "Zirvə" (Astara) - "Neftçi"
Qeyd edək ki, ilk üç qarşılaşma Bakıdakı “Sərhədçi” İdman Kompeksində, turun yekun görüşü isə Astarada keçiriləcək.