Almaniya millisinin sabiq baş məşqçisi Yürgen Klinsmannın yeni iş yeri bəlli olub.
Fanat.Az xəbər verir ki, almaniyalı mütəxəssis Cənubi Koreya yığmasına rəhbərlik edəcək.
Onunla müddəti 2026-cı ilə qədər olan müqavilə imzalanıb.
Qeyd edək ki, Klinsmann daha əvvəl Almaniya (2004-2006) və ABŞ (2011-2016) yığmalarına başçılıq edib. Həmçinin "Bayern Münhen" (2008-2009) və "Herta" (2019-2020) kimi klublarda işləyib.
Röya