Norveç Boks Federasiyası Rusiya və Belarusdan olan idmançıların iştirakı ilə əlaqədar bu il dünya çempionatını boykot edəcəyini elan edib.
Fanat.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin yaydığı məlumatda deyilir:
“Yaxın gələcəkdə biz nə Hindistanda (kişilər arasında) və Özbəkistanda (qadınlar arasında) təşkil olunacaq dünya çempionatında, nə də Ermənistanda keçiriləcək Avropa çempionatlarında iştirak etməyəcəyik”.
Qeyd edək ki, daha əvvəl bir neçə ölkə eyni səbəbdən yarışları boykot etdiyini açıqlayıb.