Türkiyə Super Liqasının son turunda "Fənərbağça"ya 0:4 uduzan "Konyaspor"da baş məşqçi dəyişikliyi gözlənilir.
Fanat.Az xəbər verir ki, bu iddianı "Ajansspor" yayıb.
Mənbənin məlumatına görə, Aleksandar Stanoyeviçdən gözlənilən nəticəni ala bilməyəcəyini anlayan rəhbərlik azarkeşlərin də sərt etirazını nəzərə alaraq, baş məşqçini istefaya göndərməyə hazırlaşır. "Konyaspor"un sükanı arxasına məşhur Sərgən Yalçının gətiriləcəyi bildirilir. "Yaşıl-ağlılar" 2017-2018 mövsümündə də komandaya rəhbərlik etmiş Sərgənlə artıq ilk təması qurduğu xəbər verilir.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü Mahir Emreli "Konyaspor"a iki həftə əvvəl "Dinamo Zaqreb"dən keçib. İcarə əsasında Türkiyə klubuna transfer olunan forvard hələ yeni komandasında debüt etməyib.
Mirağa