"Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu 2007-ci ildən bəri ilk dəfə FİFA-nın versiyasına görə müəyyənləşdirilən ilin rəmzi yığmasına düşməyib.
Fanat.Az xəbər verir ki, simvolik komandanın heyəti dünən Parisdə baş tutan tədbirdə açıqlanıb.
Qapıçı: Tibo Kurtua ("Real Madrid", Belçika).
Müdafiəçilər: Əşrəf Hakimi (PSJ, Mərakeş), Joau Kanselu ("Bayern Münhen"/"Mançester Siti", Portuqaliya), Vircil van Deyk ("Liverpul", Niderland).
Yarımmüdafiəçilər: Kevin de Bröyne ("Mançester Yunayted", Belçika), Luka Modriç ("Real Madrid", Xorvatiya), Kazemiro ("Mançester Yunayted", Braziliya).
Hücumçular: Lionel Messi, (PSJ, Argentina), Kərim Benzema ("Real Madrid", Fransa), Kilian Mbappe (PSJ, Fransa), Erlinq Holand ("Mançester Yunayted", Norveç).
Nihat