"Mançester Siti" futbolçusu Xulian Alvareslə bağlı qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "Telemundo"nun əməkdaşı Veronika Brunati yayıb.
"Şəhərlilər"in Alvareslə daha yaxşı maddi şərtlər fonunda yeni müqavilə bağlayacağı və bu sözləşmənin 2028-ci ilin yayına qədər qüvvədə olacağı bildirilib.
Daha öncə Alvaresin maaşının artırılmasını istədiyi barədə məlumatlar dərc edilmişdi.
Qeyd edək ki, sözügedən futbolçunun klubu ilə indiki anlaşmasının müddəti 2027-ci ilin yayına qədərdir.
Nihat