"Napoli" rəhbərliyi komandanın vingeri Xviça Kvaratsxeliya ilə bağlı qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "La Gazzetta dello Sport" yayıb.
Mənbə klub bosslarının Xviçaya cari mövsümün sonunda müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə təklif edəcəklərini vurğulayıb. Hazırda Neapol təmsilçisində illik 1,2 milyon avro qazanan istedadlı futbolçunun maaşının 2 dəfə artırılaraq 2,5 milyon avroya çatdırılacağı bildirilib.
Qeyd edək ki, Xviça 2022-ci ilin yayından "Napoli"dədir. A Seriyası təmsilçisinin forması ilə ümumilikdə 26 matça çıxan gürcü 12 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat