"Çelsi"nin müdafiəçisi Tyaqo Silva uzun müddətə sıradan çıxıb.
Fanat.Az "zadəganlar"ın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının 25-ci turu çərçivəsində baş tutan "Tottenhem"lə matçda (0:2) xəsarət alan Silvanın diz bağları zədələnib.
Klubun saytında onun yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı məlumat olmasa da, "Daily Mail" futbolçunun azı 6 həftə oynamayacağını bildirib.
Nihat