"Çelsi" itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, London klubunun müdafiəçisi Tyaqo Silva sıradan çıxıb.
38 yaşlı braziliyalı müdafiəçi İngiltərə Premyer Liqasının XXV turu çərçivəsində "Tottenhem"ə qarşı (0:2) görüşdə zədələnib.
Məlumatı klubun mətbuat xidməti yayıb. Ancaq onun nə zaman sağalacağı haqda heç nə açıqlamayıb.
Yerli mətbuat isə Tyaqonun 5-6 həftəlik sıradan çıxdığını yazıb.
Röya