"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport" yayıb.
Xəbərə görə, "Mançester Yunayted" niderlandlı futbolçunu bu yay sıralarına cəlb etmək üçün bütün gücünü səfərbər edəcək. "Qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haqın həmyerlisinin transferini prioritet hədəf saydığı və klub bosslarını bu keçidin vacibliyinə inandırdığı vurğulanıb.
Qeyd edək ki, cari mövsüm La Liqada 21 oyuna çıxan de Yonq 2 qol vurub.
Nihat