Qış fasiləsində bir sıra transferlərlə gündəm olan "Qalatasaray"ın qapıçı problemi həllini tapmayıb.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi yayda heyətinə cəlb edəcəyi qolkiperin axtarışlarına artıq başlayıb.
Komandanın əsas qapıçısı Musleranın zədəsi və son matçlarda ikinci qapıçı Okan Kocukun zəif çıxışı klubu narahat edib.
"Fanatik"in yaydığı məlumata görə, artıq "Qalatasaray"ın vitse-prezidenti Erdem Timur baş məşqçi Okan Buruka siyahı verib.
Alınacaq qapıçının adının 1-2 günə məlum olacağı bildirilir.
Röya