"Palmeyras"ın yarımmüdafiəçisi Qabriel Menino portuqaliyalı ulduz Kriştianu Ronaldunun pəhrizindən istifadə etdiyinə görə çətin anlar yaşayıb.
Fanat.Az xəbər verir ki, 22 yaşlı futbolçu başına gələnləri "Palmeiras Cast"a danışıb.
"Həmişə eyni çəkidə olduğuma görə artıq kiloları itirmək istəyirdim. Klubumuzun dietoloqu Mirtes Sancanelli ilə danışdım. Kriştianu Ronaldunun pəhrizinə riayət etmək istədiyimi dedim. Pəhriz belə idi: Səhər yeməyi üçün 1 yumurta və məşqdən əvvəl qida əlavəsi, naharda balıq, salat və yenə qida əlavəsi, axşam yeməyində də eyni menyu. Pəhrizə başladığım gün mövqeyimdə olan iki oyunçu zədələndi. Belədə iki gün sonrakı matça ilk "11-lik"də başlamalı oldum. Çox istəkli idim, çünki rəqabətdə mövqedaşlarıma uduzurdum. Matçdan əvvəl isinmə hərəkətləri edərkən, yəni artıq 5 dəqiqə sonra anladım ki, ayaqlarımı ata, qaça bilmirəm. Elə bilirdim ki, öləcəyəm. Dözə bilmədim, yerə yıxıldım. Məşqçiyə dedim ki, oynaya bilmərəm, məni dəyişsin”..
Cari mövsümdə 11 dəfə “Palmeyras”ın formasını geyinən Menino 3 dəfə rəqibin qapısına yol tapıb. Səudiyyə Ərəbistanı "Əl-Nəsr"ində çıxış edən Ronaldu isə 5 matçda 8 qol vurub.
Mirağa