"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola İngiltərə Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Bristol Siti"yə qarşı keçirdikləri oyunu (3:0) şərh edib.
Fanat.Az xəbər verir ki, BBC onun dediklərini belə çatdırıb:
"Sözün əsl mənasında, çətin oyun oldu. "Bristol Siti" bizə nə dərəcədə yaxşı komanda olduğunu göstərdi. Rəqibin bir neçə futbolçusunun çıxışını bəyəndim. Onları daha öncə tanımırdım.
Bristoldakı azarkeşlər möhtəşəmdir. Bura 5 il öncə, İngiltərə Liqa Kubokunun oyununa gəlmişdik. Həmin qarşılaşmanı da unutmamışam".
Nihat