Fransa millisinin sabiq hücumçusu, ölkəsinin əfsanəvi oyunçularından olan Jüst Fonten həyatla vidalaşıb.
Fanat.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, sözügedən veteran 89 yaşında, bu gün səhər saatlarında dünyasını dəyişib.
4 dəfə Fransa çempionu adını qazanan Jül (1956, 1958, 1960, 1962) 2 dəfə Fransa çempionatının (1958, 1960) bombardiri olub.
Ölkəsinin seçməsində 21 matça çıxan forvard 30 qol vurmağa imkan tapıb. O, DÇ-1958-də 13 qol vurub ki, bu da indiyədək yenilənməyən rekorddur.
Nihat