Ulduz futbolçu Kilian Mbappe karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, gələn ilin yayında PSJ ilə müqaviləsi başa çatacaq futbolçunun bu yay Fransanı tərk edəcəyi gözlənilir.
Adı "Real Madrid"ə keçiddə hallanan Mbappenin İngiltərəyə getmək ehtimalı da var.
Belə ki, xarici mənbələr futbolçunun "Liverpul"a keçidinin mümkün olduğunu yazır.
Mbappe özü də müsahibələrindən birində anasının sevimli klubunun "Liverpul" olduğunu bildirmişdi. Hətta tərəflər arasında illər əvvəl danışıqlar olduğu da bəlli olmuşdu.
Röya