London "Arsenal"ının sabiq hücumçusu Pol Merson "Çelsi"nin düşdüyü vəziyyəti dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun dediklərini belə çatdırıb:
"Bu, son 20 ildə gördüyüm ən bərbad "Çelsi"dir. Azarkeşlər özündən çıxıb. "Tottenhem"lə oyuna (görüş "zadəganlar"ın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb -red.) trubunadan baxdım. Fanatlarının "Çelsi"yə qarşı belə düşmən mövqeyində olduğunu indiyədək görməmişdim. Oyunboyu bir dəfə də "Tottenhem"in qol buraxacağını güman etmədim. Hotspur komandası ilə görüşdə o qədər ləng oynayırdılar ki, bu yaşda mən də elə oynaya bilərəm. Təsəvvür edirsiniz? Mənim hazırda 54 yaşım var! İnanın ki, həmin oyun indiyə qədər davam etsəydi, "Çelsi" qol vura bilməyəcəkdi.
Baş məşqçilərinə gəlincə, Qrem Potterin işini bəyənirəm. Ona şans vermək lazımdır. Ancaq nəticələr bütün hallarda, bərbaddır".
Nihat