"Mançester Yunayted" icarəyə götürdüyü futbolçuların gələcəyi ilə bağlı qərar verməyib.
Fanat.Az-ın məlumatına görə, komandanın baş məşqçisi Erik ten Haq yarımmüdafiəçi Marsel Zabitser və hücumçu Vaut Verhorst barədə danışmaqdan imtina edib:
"Bu haqda danışmaq üçün tezdir. Birincisi, mövsüm hələ başa çatmayıb. Hazırda bütün futbolçular ancaq buna köklənməlidir, gələn mövsümü düşünməməlidirlər. Kiminsə komandadakı gələcəyi ilə bağlı danışmayacağıq. Hazırda vəziyyətimiz yaxşıdır. Bütün turnirlərdə mübarizə aparırıq".
Röya