"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 7-ci turundan təxirə salınmış oyunda "Everton" üzərində qazandıqları 4:0 hesablı qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, BBC onun dediklərini belə çatdırıb:
"Nəticədən və ilk 25 dəqiqədən sonra sərgilədiyimiz oyundan razıyam. Matçın əvvəllərində müəyyən çətinliklərimiz oldu.
İlk qolu vurandan sonra oyun açıldı. Bir qədər magiyaya ehtiyacımız var idi və Bukayo Saka sehrbazlıq etdi. Ardından daha yaxşı oyun sərgiləməyə başladıq və layiqli qələbə qazandıq. Komanda mən istədiyim kimi mübarizə aparanda özümü xoşbəxt sayıram. İkinci yarıda daha çox qol vura bilərdik".
Nihat