"Barselona"nın idman direktoru Mateu Alemani İngiltərənin "Aston Villa" klubunun təklifini geri çevirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.
Xəbərə görə, onun İngiltərə təmsilçisinə gətirilməsini rəhbərliyə baş məşqçi Unai Emeri məsləhət görüb və "Aston Villa" bossları Alemaniyə "Barsa"da qazandığından iki dəfə çox maaş təklif ediblər. Mənbə yüksək maddi şərtlərə rəğmən, Mateunun ingilislərə "yox" dediyini vurğulayıb.
Nihat