Futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin püşkatma mərasiminin vaxtı və yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, tədbir martın 10-da Bakı İdman Sarayında keçiriləcək və saat 12:00-da başlayacaq.
Qeyd edək ki, bu mərhələdə "Araz-Naxçıvan", "Baku Fire", "Neftçi İK", "Record club", "Alyans", U-19, "Baku Fire-3", U-17, MUM, "Flaqman", "Advokat", "Şamaxı", "Dalğa", ADBTİA və "Baku Fire-2", o cümlədən "Alyans Qrup" - "Rəvan" matçı barədə İntizam Komitəsinin qərarına uyğun olaraq bu komandalardan biri iştirak edəcək.