Qətərin paytaxtı Dohada keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisinin üzvü Nikita Simonov finala vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, 27 yaşlı idmançı halqalarla hərəkətlərin icrasında təsnifat mərhələsini 4-cü pillədə başa vurub.
Bu, Simonovun finala adlaması üçün yetərli olub.