15:25 19.04.2014 827

"Qarabağ" çempionluğu Zaqatalada rəsmiləşdirəcək? - AFİŞA

Sabah Topaz Azərbaycan Premeyer Liqasında XXXI turun görüşələri keçiriləcək. Fanat.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.
 
XXXI tur əlamətdar hadisə ilə yadda qala bilər. Belə ki, çempionatın lideri “Qarbağ”ın bu gün çempionluğunu rəsmiləşdirməsi mümkündü. Bunun üçün “köhlən atlar” Zaqatalada qalib gəlməli, onların yaxın izləyiciləri olan “Neftçi” və “İnter” xal itirməlidi. 

"Neftçi" üçün vacib oyun

“Neftçi" öz meydanında "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma hər iki rəqib üçün vacib sayılmalıdı. “Neftçi” ən azı 2-ci pilləni də əldən verməmək, “Sumqayıt” isə elitada qalmaq üçün mütləq qələbə qazanmalıdılar. Bu, tərəflər arasında 8-ci oyun olacaq. "Ağ-qaralar" gənclik şəhəri təmsilçisi ilə oyunlarda daha çox qələbə qazanıb. 4 dəfə 3 xala sevinən "Neftçi" 2 oyunda meydanı xalsız tərk edib. 1 matçda tərəflər heç-heçəyə razılaşıb. "Neftçi"nin 19 qoluna "Sumqayıt" 7 dəfə cavab verib. Öz meydanında rəqibinə uduzmayan paytaxt təmsilçisi bu görüşlərdə 5-ci qələbəni qazanmağa və 20-ci qolu vurmağa çalışacaq. "Neftçi" "Sumqayıt"la ounlarda 3 dəfə darmadağına sevinib. Belə ki, komandalar arasında oyunlarda 3:0, 4:0 və 8:1 hesabları qeydə alınıb.
 
Biləcəridə 38-ci duel
 
Turun prinsipial qarşılaşmalarından biri Biləcəridə baş tutacaq və "Bakı" "İnter"i qəbul edəcək. “Zolaqlılar” avrokuboklara vəsiqə şansını tam itirməmək üçün bu oyunda mütləq qalib gəlməlidi. Bu qarşılaşma tərəflər arasında çempionatda 38-ci oyun olacaq. İndiyədək baş tutan oyunlarda "bankirlərin" üstünlüyü var. Belə ki, "İnter" 15, "Bakı" 13 qələbə qazanıb, 9 oyun sülhlə bitib. Top sayında isə bərabərlik hökm sürür - 31:31. 2 ildi “İnter”lə oyunlarda qələbə həsrətində olan “Bakı” son 5 paytaxt derbisində qalib gələ bilmir.
 
Bayılda çempionat kuboka qurban veriləcək?
 
Azərbaycan Kubokunun yarımfinal mərhələsində sərfəli nəticə əldə etmiş 2 klub - “Rəvan” və “Qəbələ”  Bayılda üz-üzə gələcəklər. Güman etmirik ki, komandalar kubok qarşılaşmasını nəzərə alıb, çempionat oyununu qurban verəcəklər. Elitada qalmaq üçün “Rəvan”a xal hava-su kimi lazımdı. Elə “Qəbələ” də avrokuboklara vəsiqə şansını təkcə kuboka saxlamamq üçün bu oyunda mütləq qələbəyə oynayacaq. Tərəflər çempionatda 8-ci dəfə qarşılaşacaqlar. İndiyədək baş tutan oyunlarda "Qəbələ"nin üstünlüyü var. Belə ki, bölgə klubu 4, paytaxt təmsilçisi 2 qələbə qazanıb, 1 matçda qalib müəyyənləşməyib. "Qəbələ"nin 14 qoluna "Rəvan" 7 dəfə cavab verə bilib. “Rəvan” cari mövsümdə rəqibinin qapısına yol tapa bilməyib. Qəbələ təmsilçisi isə səfər matçlarında bakılılara xal verməyib.
 
“Sülh”ü sevən rəqiblər
 
Çempionatın lideri "Qarabağ" Zaqatalaya səfər edəcək. “Köhlən atlar” qalib gələcəkləri, yaxın rəqibləri büdrəyəcəyi təqdirdə çempionluğu rəsmiləşdirə bilərlər. Amma bir məsələ var ki, bu mövsüm bütün komandaların dizini bükən Qurban Qurbanovun yetirmələri təkcə “Simurq”qa qalib gələ bilməyib. Bilmək olmaz, bəlkə də əslən Zaqataladan olan Qurban Qurbanov dogma rayonunda qalibiyyət əldə etməklə tarixi uğuru rəsmiləşdirəcək… Bu, tərəflər arasında çempionatda 20-ci oyun olacaq. Əyalət təmsilçilərinin son 4 oyununda qapılara qol vurulmayıb. Ardıcıl 4 qolsuz heç-heçə edən rəqiblər 10-cu bərabərliyin astanasındadı. Eyni sayda qələbəsi (hərəyə 5 qələbə) olan rəqiblərin oyunlarının balansında “Simurq” yalnız top fərqində öndədi - 14:12.
 
“Fırtınalar meydanı”nda uğursuz(ların) döyüş(ü) 
 
Çempionatın uğursuz komandaları Lənkəranda qarşılaşacaqlar. “Xəzər Lənkəran” AZAL-ı qəbul edəcək.  hər iki komandanın düşərgəsində gərgin ab-hava  hökm sürür. Kubokun yarımfinalında “Qəbələ”dən ağır zərbə alan “ağ-yaşıllar” biabırçılığı qismən unutdurmaq üçün “təyyarəçilər”i məğlub etməyə çalışacaqlar. Tərlan Əhmədovun gəlişindən sonra qələbə üzünə həsrət qalan AZAL da “Xəzər Lənkəran”ın bu durumundan yararlanmağa çalışacaq. Tərəflər  çempionatda 24-cü dəfə qarşılaşacaqlar.
 
Lənkəranlıların "təyyarəçilər"lə oyunlarda böyük üstünlüyü var. Belə ki, "Xəzər Lənkəran" indiyədək 13, AZAL cəmi 4 qələbə qazanıb. 6 oyunda tərəflər hərəyə bir xala sevinib. "Xəzər Lənkəran"ın 31 qoluna AZAL 16 dəfə cavab verə bilib. Cari mövsümdə rəqibini məğlub edə bilməyən AZAL son 6 qarşılaşmada meydanı qolsuz tərk etməyib. “Xəzər Lənkəran” isə son 5 ildə baş tutan bütün ev oyunlarında qol sevinci yaşayıb.
 
Topaz Premyer Liqası
2013/14 mövsümü
IV dövrə, XXXI tur

20 aprel
Bakı - İnter
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rza Məmmədov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
"Bakı"nın təlim-məşq bazasının stadionu. Saat 15.00.
 
Rəvan - Qəbələ
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, İsgəndər Əliyev, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Murad Məmmədov.
"Bayıl Arena". Saat 17.00.
 
Simurq - Qarabağ
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Zaqatala şəhər stadionu. Saat 17.00.
 
Neftçi - Sumqayıt
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Coşqun Həsənov, Alik Yunusov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asim Xudiyev.
"Bakcell Arena". Saat 17.00.
 
Xəzər Lənkəran - AZAL
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Azər Əsgərov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Füzuli Nəcəfov.
"Xəzər Lənkəran" mərkəzi stadionu. Saat 18.00.

Komanda

O

Q

H

M

T/F

Xal

1

Qarabağ

30

20

7

3

60-15

67

2

İnter

30

16

6

8

47-32

54

3

Neftçi

30

16

6

8

43-35

54

4

Bakı

30

14

7

9

47-33

49

5

Qəbələ

30

13

6

11

37-32

45

6

Simurq

30

10

10

10

32-24

40

7

Xəzər L

30

9

11

10

31-41

38

8

AZAL

30

6

9

15

27-44

27

9

Rəvan

30

3

9

18

17-55

18

10

Sumqayıt

30

3

9

18

20-50

18


Bombardirlər: Reynaldo Silva (Qarabağ) - 19. Vaqif Cavadov (İnter) - 12. Daniel Subotiç (Qəbələ) - 11. Draqan Çeran (Simurq) - 10. Mbilla Etame (Xəzər Lənkəran), Baçana Tsxadadze (İnter), Leroy Corc (Qarabağ) - 9. Əfran İsmayılov (Bakı), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ) - 8.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:30

MPL: 35-ci tur start götürür - YENİLƏNİR

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X