Türkiyənin "Beşiktaş" klubunun azarkeş qrupu olan "Çarşı" Yunanıstanda yaşanan qatar qəzasına görə qarşı tərəfə başsağlığı mesajı ünvanlayıb.
Fanat.Az xəbər verir ki, fanklub Tempe faciəsi ilə bağlı sosial şəbəkə hesabındakı təsirli paylaşımla dəstək nümayiş etdiriblər:
“Düşüncələrimiz və dualarımız Yunanıstanda dəmir yolu qəzasından zərər çəkmiş bütün insanların yanındadır. Yaxınlarını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Əlvida, ürəyimizin dərinliyindən keçən qonşularımız”.
"Beşiktaş" azarkeşlərinin bu dəstəyi sosial şəbəkənin yunan tərəfində rəğbətlə qarşılanıb.
Mirağa