"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq bu qış qoşulduğu "Mançester Yunayted"in forması ilə 6 oyun keçirməsinə rəğmən, hələ də qol hesabını açmayan Vaut Veqorsun çıxışını dəyərləndirib.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis İngiltərə Kubokunun 1/8 final mərhələsinin oyunundan - "Vest Hem"i 3:1 hesabı ilə yendikləri matçdan sonra həmyerlisini tərifləyib:
"Veqorst meydanın ən yaxşılarından biri idi. O, Maquayrla birlikdə ilk qol zamanı rəqibə əla təzyiq etdi və nəticədə avtoqol vuruldu. Qarnaçonun "Vest Hem"in qapısına yol tapdığı epizodda da Veqorstun pressinqinin işə yaradığını unutmayaq. Vaut 3-cü qolun vurulmasında da pay sahibi oldu. Yenə prressinq etdi və Fredin fərqlənməsinə şərait yaratdı.
Qol vurmur? Vuracaq! İndiyədək bir çox hücumçularla bağlı oxşar durumlar olub. Məsələn, mövsümün əvvəlində Markus Raşford da hər oyunda qol vurmurdu. Amma hiss edirdim ki, vəziyyət yaxşıya doğru dəyişəcək".
Nihat