"Bayern Münhen" bu yay iki futbolçusunu sata bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Bild" yayıb.
Xəbərə görə, Münhen təmsilçisinin bossları Leroy Zane və Serj Qnabrinin cari mövsümün sonunda satışa çıxarılmasını uyğun variant sayırlar. Mənbə yüksək maaş alan futbolçuların bu mövsüm ortaya qoyduğu performansın klub rəhbərliyini qane etmədiyini vurğulayıb. Bu səbəbdən yaxşı təklif olacağı halda, həm Zane, həm də Qnabrinin satılacağı diqqətə çatdırılıb.
Nihat