"Barselona"nın yarımmüdafiəçisi Rafinya karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Xəbərə görə, 26 yaşlı braziliyalı futbolçu "Nyukasl"ın maraq dairəsindərir. Keçidin bu ilin yayında həyata keçəcəyi bildirilir.
Qeyd edək ki, vinger 2022-ci ildən "Barselona"da çıxış edir. 20 oyunda meydana çıxan Rafinya 4 dəfə fərqlənib.
Röya