Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tur start götürüb.
Fanat.Az xəbər verir ki, üç gün ərzində yekunlaşacaq turun ilk oyun günündə bir qarşılaşma baş tutub.
Açılış oyununda "Zirə" "Şamaxı"nı qəbul edib. Qeyri-sabit nəticələri ilə diqqət çəkən "qartallar"ın ötən tur "Sabah"ı məğlub etməklə təəccübləndirən bölgə təmsilçisi ilə görüşü hər iki komanda üçün əhəmiyyətliydi. Hazırda 35 xalla 4-cü pillədə qərarlaşan Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda qələbə qazanmaqla, mövqeyini möhkəmləndirəcəkdi. 19 xalla 8-ci olan "Şamaxı" isə autsayderlər arasında gedən gərgin mübarizədə üstünlük əldə etmək üçün səfərdən xal(lar)la dönmək arzusundaydı.
Komandalar indiyədək ölkə çempionatında 29 dəfə üz-üzə gəlib. Bunların 11-də paytaxt klubu, 6-da bölgə təmsilçisi qələbə qazanıb. 12 qarşılaşmada qalib müəyyənləşməyib. "Şamaxı" son 10 oyunda "Zirə"yə qalib gəlməyib. Bakılılar ardıcıl 7 matçda qol buraxmayıblar.
Dörd qolun qeydə alındığı bu oyunda isə qalib müəyyənləşməyib.
Qeyd edək ki, turun "Səbail" - "Sumqayıt" və "Sabah" - "Kəpəz" oyunları martın 4-də, "Qəbələ" - "Qarabağ" və "Neftçi" - "Turan Tovuz" matçları isə martın 5-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXV tur
3 mart
17:00. "Zirə" - "Şamaxı" 2:2
Qollar: Hamidu Keyta, 29. Nihad Quliyev, 79-öz qapısına - Amil Yunanov, 60-pen. Kamran Quliyev, 73.
“Zirə”: 1. Mehdi Cənnətov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 96. Vild-Donald Gerye, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 11. Rüstəm Əhmədzadə, 38. Ramiz Muradov, 70. İssa Cibrila, 17. Toni Qomes, 7. Filipe Paxtman, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 90. Əli Səmədov, 16. Fuad Bayramov, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 22. Elçin Mustafayev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 15. Emin Zamanov, 70. Bahadur Həziyev, 11. Kamran Quliyev, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 29. Ramin Əhmədov
Baş məşqçi: Vüqar Əsgərli
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Cəmil Quliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Barış Şimşek
VAR: Vüqar Həsənli
AVAR: Kamran Bayramov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin stadionu.