İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Barselona" səfərdə "Real Madrid"ə 1:0 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Xavi "Movistar"a açıqlamasında qələbəni şərh edib:
"Çox yaxşı nəticədir. Qalıb cavab oyunu. Ancaq biz öz işimizdən razıyıq. Daha çox qol imkanları olan "Real Madrid"ə istədiyini etməyə mane olurduq. Son zamanlar komanda bütün olaraq çalışır. Rəqibə real imkanlar yaratmağa imkan vermədik, ancaq üzərimizdə dominantlıq etməklərinə də fürsət verməməliyik. Nəticədən razıyıq, amma oyundan yox. Biz üstünlük qazansaq da, rəqib çox güclüdür".
Xatırladaq ki, matçda yeganə qolu 26-ci dəqiqədə "Real Madrid"in futbolçusu Militao öz qapısına vurub.
Qeyd edək ki, cavab görüşü isə aprelin 5-də Kataloniyada baş tutacaq.
Röya