İspaniyanın "Real Madrid" klubu PSJ-nin ulduzu Kilian Mbappeni transfer etmək istəyindən əl çəkmir.
Fanat.Az "Abc.es"ə istinadən xəbər verir ki, madridlilər Fransa yığmasının forvardı üçün Paris təmsilçisinə rəsmi təklif hazırlayıb.
Xəbərə görə, "Real" bu yay Kilian üçün Fransa nəhənginə 220 milyon avro ödəməyə hazırdır. Mənbə ulduz hücumçunun özünün də Madrid təmsilçisinin formasını geyinməyi arzuladığını və cari mövsümün sonunda çoxdan gözlənilən keçidin reallaşmaq ehtimalının çox yüksək olduğunu vurğulayıb.
Qeyd edək ki, bu mövsüm PSJ forması ilə 29 matça çıxan 24 yaşlı Mbappe 29 qol vurub. Onun parislilərlə olan müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.
Nihat