"İnter"in türk yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını harada davam etdirmək istədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Gazzetta dello Sport" onun dediklərini belə çatdırıb:
"İnter"də oynadığım üçün qürur duyuram. Başqa kluba keçmək fikrim yoxdur. Burada qalmaq və "İnter"lə mümkün qədər çox uğur qazanmaq istəyirəm. Belə möhtəşəm klubun bir parçası olmaq ürəyimcədir".
Xatırladaq ki, 29 yaşlı Çalhanoğlu 2021-ci ildə "Milan"dan ayrılaraq azad agent qismində "İnter"ə keçib. Onun "qara-göylər"lə müqaviləsinin müddəti 2024-cü ilin iyununa qədərdir.
Nihat