"Bayern Münhen"in kamerunlu hücumçusu Erik Şupo-Motinq ötən ilin oktyabrından bəri Almaniya Bundesliqasının ən məhsuldar futbolçusudur.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, sözügedən forvard bütün turnirlərdə 15 qol vurub ki, bu da ən yüksək göstəricidir.
Maraqlıdır ki, hesabında ümumilikdə 15 top olan 33 yaşlı Erik bütün qollarını oktyabrdan sonra vurub.
Qeyd edək ki, 2020-ci ildən "Bayern" forması geyinən Şupo-Motinqin klubu ilə olan müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.
Nihat