Fransanın Nanter şəhərinin prokurorluğu PSJ-nin və Mərakeş millisinin futbolçusu Əşrəf Hakimini seksual təcavüzdə təqsirli bilib.
Fanat.Az xəbər verir ki, informasiyanı "L'Equipe" yayıb.
Xəbərə görə, 24 yaşlı futbolçunun artıq ifadəsi alınıb və məhkəmə onun günahkar olduğunu elan edib. Mənbə Əşrəfin məhkəmə nəzarətində olacağını vurğulayıb.
Xatırladaq ki, daha öncə zorlama hadisəsinin yanvarın 26-da qeydə alındığı ilə bağlı məlumatlar dərc edilib. Hakiminin öz evinə çağırdığı qıza təcavüz etdiyi və həmin şəxsin 1 gün sonra yerli polisə olay barədə xəbər verdiyi açıqlanıb.
Nihat