"Yuventus" ötən yay PSJ-dən icarəyə götürdüyü argentinalı yarımmüdafiəçi Leandro Paredesi bəyənmir.
Fanat.Az xəbər verir ki, Turin klubu mövsümün sonunda 22 milyon avro ödəməklə onun transfer hüququna sahib olmaq bəndini aktivləşdirməyəcək.
Bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabı vasitəsilə məlumat verib. "Yuventus" bu mövsüm 22 oyunda meydana çıxan və A Seriyasında 568 dəqiqə top qovan dünya çempionununu geri qaytaracaq. Ancaq PSJ-nin də Paredesin xidmətində maraqlı olmadığı bildirilir.
Karyerasında "Boka Xuniors", "Kyevo", "Roma", "Empoli", "Zenit" və PSJ kimi klublarda çıxış edən Leandro Paredes Argentina millisində 51 oyunda 4 qol vurub.
Mirağa