"Liverpul"un baş məqşçisi Yürgen Klopp "Mançester Yunayted"in hücumçusu Markus Raşfordun performansı barədə fikirlərini bölüşüb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, alman mütəxəssis mersisaydlıların əsas rəqiblərindən olan MY-nin futbolçusu haqda belə danışıb:
"Məntiqlə, "Liverpul"un baş məşqçisinin "Mançester Yunayted"ə görə sevinməsi mümkün deyil. Amma mən sözün əsl mənasında, Raşforda görə şadam. Çünki ötən mövsüm onun üçün uğurlu alınmadı. Bilirdim ki, vəziyyət dəyişəcək. Hazırda o, inanılmaz çıxış sərgiləyir. Hə, Raşfordun sürəti və texnikası göz oxşayır. Rəqiblərin qapısı qarşısında özünü nə dərəcədə soyuqqanlı apardığını da görürük. Həm adi, həm də dünya səviyyəli qollarını sıralayır.
Onu necə saxlamaq lazımdır? İndiyədək yüksək səviyyəli hücumçulara qarşı çox oynamışıq. Təcrübəmə əsasən deyim ki, belə futbolçuları fərdi yox, kollektiv oyunla zərərsizləşdirmək daha doğru seçimdir".
Nihat