Almaniya Bundesliqasının 23-cü turunda Dortmund "Borussiya"sı "Leyptsiq"i (2:1) məğlub edib.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, evdə əsas rəqiblərindən birini üstələyən dortmundlular çempionatda ardıcıl səkkizinci matçında qalib gələrək şəxsi rekordunu təkrarlayıb.
Əvvəllər bu, yalnız bir dəfə - 2011/2012 mövsümündə, Yürgen Kloppun rəhbərliyi altında baş vermişdi ki, komanda həmin vaxt liqanı çempion kimi başa vurmuşdu.
"Borussiya" "Leyptsiq" üzərində qələbədən sonra turnir cədvəlinə başçılıq etsə də, üç xal geridə olan "Bayern Münhen" bir matç az keçirib.
Əslində isə Dortmund klubu Çempionlar Liqası və Almaniya kuboku (DFB Pokal) da nəzərə alınmaqla, son 10 oyunda qələbələri sıralayıb.
Mirağa