Yayda "Liverpul"dan ayrılacağı gözlənilən Roberto Firminoya İtaliyanın üç böyük klubundan təklif var.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport Italia" yayıb.
Mənbənin məlumatına görə, "Milan", "İnter" və "Yuventus" braziliyalının transferini nəzərdən keçirir. İtaliya nəhənglər hücum xəttini gücləndirmək baxımından təcrübəli forvardı ideal variant hesab edirlər.
Xatırladırıq ki, 8 ildir "Liverpul"da çıxış edən Firmino bu mövsüm yarışlarda 25 oyunda 9 dəfə rəqib qapılarlna yol tapıb.
Mirağa