İtalya A Seriyasının lideri "Napoli" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb.
Xəbərə görə, neapollular "Olimpik Lion"un yarımmüdafiəçisi Ussem Auarın xidmətində maraqlıdır və tərəflər artıq danışıqlara başlayıb. Mənbə 24 yaşlı futbolçunun özünün də bu varianta isti yanaşdığını vurğulayıb.
Qeyd edək ki, Auarın Fransa təmsilçisi ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Nihat