Dortmund "Borussiya"sının kapitanı Marko Roys Almaniya Bundesliqasının 23-cü turunda "Leyptsiq" üzərində qazandıqları 2:1 hesablı qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir, Roys oyunsonrası mətbuat konfransında belə danışıb:
"Hə, bu ardıcıl onuncu qələbəmizdir, ancaq bu matçda sərgilədiyimiz futbol o qədər də xoşuma gəlmədi. İkinci hissədə topu özümüzdə saxlaya bilmir, meydanın rəqibə aid hissəsində işimizin öhdəsindən gəlməyi bacarmırdıq...
İlk hissədə daha yaxşı mübarizə apardıq. Turnir cədvəlində liderliyi geri qaytarmaq əsas hədəfimiz idi ki, buna da nail olduq. "Leyptsiq"dən aralandığımız üçün şadam".
Qeyd edək ki, hazırda 49 xalı xalı olan Dortmund "Borussiya"sı Bundesliqanın turnir cədvəlində ilk pillədə mövqe tutub. 46 xala malik "Bayern Münhen" ikinci sırada qərarlaşıb.
Nihat