"Barselona"nın sabiq hücumçusu Luis Suares PSJ-nin forvardı Neymardan danışıb.
Fanat.Az xəbər verir ki, uruqvaylı forvardın dediklərini "Placar" belə çatdırıb:
"Açıq deyirəm və səsləndirdiyim fikirlərin məsuliyyətini dərk edirəm: Neymar "Barselona"da qalsaydı, "Qızıl top"u qazanardı. Bu, mənim şəxsi fikrimdir".
Xatırladaq ki, "Barselona" Neymarı 2017-ci ildə, 222 milyon avro qarşılığında PSJ-yə satıb. Futbol tarixinin ən bahalı transferi kimi rekord qıran 31 yaşlı "sambaçı" indiyədək "Qızıl top" mükafatını qazana bilməyib.
Nihat