Türkiyə Superliqasında XXIV turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, millimizin futbolçusu Mahir Emrelinin yeni komandası "Konyaspor" "Giresunspor"la qarşılaşır.
26 yaşlı hücumçu üçün bu görüş əlamətdar olub. Belə ki, Mahir "Konyaspor"da və Superliqada rəsmi debüt edib.
Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürüb.
Qeyd edək ki, Emreli "Konyaspor"a bu qış məxsus olduğu Zaqreb "Dinamo"sundan icarə əsasında keçib.