"Ayaks"ın hücumçusu Məhəmməd Kudus karyerasını "Mançester Yunayted"də davam etdirmək arzusundadır.
Fanat.Az xəbər verir ki, bu barədə "Football365" məlumat yayıb.
Məlumata görə, 22 yaşlı qanalı futbolçu yaxın ətarfına bu istəyindən bəhs edib.
O, yayda sabiq çalışdırıcısı Erik ten Haqın komandasına qoşulmaq fikrindədir.
Hücum xəttini gücləndirmək istəyən "qırmızı şeytanlar" da bu transferə isti baxır.
Röya