"Atletiko Madrid" "Barselona"nın futbolçusu ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, söhbət müdafiəçi İniqo Martinesdən gedir.
"Calciomercato"nun məlumatına görə, La Liqa təmsilçisi 31 yaşlı ispaniyalını azad agent qismində transfer etməyi planlaşdırır.
Yayda Kataloniya klubunun yeni oyunçuların qeydiyyatı ilə bağlı problemi yaranacaq. Bu səbəbdən "Atletiko Madrid" bu vəziyyətdən istifadə etmək niyyətindədir.
Röya