22:12 05.03.2023 360

“Səviyyəmizi ortaya qoyduq” - Regekampf

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Yaxşı oynadıq. Oyuna çox yaxşı başladıq. Aqressiv start verməliydik. Necə hazırlaşmışdıqsa, hamısını tətbiq edə bildik. Buna görə də futbolçularımı təbrik etdim. Səviyyəmizi ortaya qoyduq. Həmişə belə oynamalıyıq. Arxayınlaşmaq olmaz. Bu rəqiblə kubok oyunu da asan olmayacaq. Hamı bilir ki, həmin matç daha fərqli olacaq. Daha yaxşı hazırlaşacağıq. Kubok oyununun ilk matçına hələ çox var.

Lebon vingerdir. Son oyunlarda bütün futbolçuları öz mövqeyində oynatmağa çalışırıq. Demək olar ki, zədəli futbolçu yoxdur. Çalışırıq ki, eyni heyətlə matçlara çıxaq. Məşqlərin səviyyəsi də artıb. Sevinirəm ki, Meza Kolli də artıq meydana çıxır və qol vurur. Adını dediyim futbolçular təhlükəli oyunçulardır. Emin yenidən qollar vurdu. Oyun üslubumuz daha da yaxşılaşır. Azər Əliyev yarımmüdafiəçi kimi oynadı. Bizim çoxlu variantlarımız var. Dəyişiklik olduqda yerli futbolçuları düşünməli və onlara şans verməliyik.

Emin təlim-məşq toplanışında zədələnmişdi. Müalicə almalı idi. Onun performansında eniş var idi. Son zamanlar məşqləri və oyunları ağrısız keçirir. Siz hazırda ideal Emini görürsünüz.

Bəzi şeylər var ki, siz onları yüzdə yüz əminliklə deyirsiniz. Biz rəsmi məsələlər haqda danışaq. Mən sizə nə deyə bilərəm? Bəlkə də, siz doğru deyirsiniz. Bəzi danışıqlar var ki, onlar klub və Emin arasında gedir. Mənim istəyim onun bizimlə qalmasıdır. Emin peşəkar futbolçudur. Bu, həyatdır. Biz nə edə bilərik? Mən futbolçularımla keçirdiyim vaxtdan zövq alıram. Nəyin baş verəcəyini bilmirəm. Mahmudova qarşı bu qədər təzyiq yaratmaq lazım deyil. O, ən yaxşı qərarı qəbul edəcək.

Ardıcıl 5 ev matçında qələbə qazanmaq pozitiv haldır. Ən vacib amillərdən biri qol buraxmamaqdır. Bu, daha çox qol vurmağa şans verir. Eyni zamanda, təzyiqdən qurtarır. Bunun üzərində məşqlərdə çox çalışırıq.

Vato mükəmməl oyunçu ola bilər. Onun çox yaxşı keyfiyyətləri və xarakteri var. Ona bir az da vaxt lazımdır”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2025
01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:33

Türkiyə Super Liqası: "Qalatasaray" səfərdə inamlı qələbə qazandı

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

Facebookdan bizi izləməyi unutmayın.
X