20:00 20.04.2014 656

"Qarabağ" dayandı, "İnter" coşdu, "Neftçi" uduzdu

Topaz Premeyer Liqasında XXXI turun görüşələri keçirilib. Fanat.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Tura saat 15.00-da "Bakı" - "İnter" oyunu ilə start verilib. Ötən tur ikinci pilləni "Neftçi"nin əlində alan "İnter" bu dəfə digər paytaxt klubu "Bakı"nı darmadağın edib - 4:0. Hesabı 11-ci dəqiqədə Derlis Meza Kolli açıb. 50-ci dəqiqədə Etto topu öz qapısına əöndərib. O, 72-ci dəqiqədə hakimə kəllə ataraq "Bakı"nı azlıqda qoyub. 80-ci dəqiqədə Mikel Alvaro fərqi 3 topa çatdırıb. Son nöqtəni isə 87-ci dəqiqədə Vaqif Cavadov qoyub. 

Lider "Qarabağ" "Simurq"un qonağı olub. 2014-cü ildə uğurlu çıxış edən və uzun müddətdi məğlubiyyət acısı yaşamayan "Qarabağ"ın uğurlu seriyası Qurban Qurbanovun doğulduğu şəhərdə qırılıb. Matın taleyini bir qol müəyyənləşdirib. 37-ci dəqiqədə "Qarabağ"ın qapısına yol tapan Draqan Çeran "Simurq"a qələbə qazandırıb.

"Qarabağ" kimi "Neftçi" də məğlub olub. Autsayder "Sumqayıt" qəbul edən "ağ-qaralar" gözlənilməz nəticə ilə üzləşiblər. Hesabı 20-ci dəqiqə Mirzağa Hüseynpur açıb. 51-ci dəqiqədə fərqi artıran Uğur Pamuk 15 dəqiqə sonra qırmızı vərəqə alıb. 78-ci dəqiqədə Pərdis Fərcad-Azad fərqi 3 topa çatdırıb. 90+2-ci dəqiqədə qeyri-etik ifadələr işlədən Araz Abdullayev meydandan qovulub. Bir dəqiqə sonra isə ilk dövrədə icarə əsasında "Sumqayıt"da çıxış etmiş Ruslan Qurbanov "Neftçi"nin təsəlli qoluna imza atıb. Bu qələbə sayəsində "Sumqayıt" turnir cədvəlinin son pilləsindən canını qurtarıb.

Azərbaycan Kubokunun yarımfinal mərhələsində sərfəli nəticə əldə etmiş 2 klub - “Rəvan” və “Qəbələ”  Bayılda üz-üzə gəlib. "Qəbələ" 38-ci dəqiqədə Viktor Mendinin qoluna sevinib. 3 dəqiqə sonra Ürfan Abbasov fərqlənib. 85-ci dəqiqədə isə Yamin Ağakərimzadə "Rəvan"üın təsəlli qolunu vurub. Bununla da "Qəbələ" səfər oyununda 2:1 hesablı qələbə qazanıb.
 
Tura "Xəzər Lənkəran" - AZAL matçı ilə yekun vurulub. Kubokun yarımfinalında “Qəbələ”dən ağır zərbə alan “ağ-yaşıllar” biabırçılığı qismən unutdurmaq üçün “təyyarəçilər”i məğlub etməyə çalışsa da, istəkləri baş tutmayıb. Düzdü, hesabı 9-cu dəqiqədə Sadio Tounkara açaraq "Fırtınalar meydanı"nı sevindirib. Amma 34-cü dəqiqədə Con Oluremi fərqlənərək AZAL-a bir xal qazandırıb - 1:1.

Topaz Premyer Liqası
2013/14 mövsümü
IV dövrə, XXXI tur

20 aprel
Bakı - İnter 0:4
Qollar: Derlis Meza Kolli, 11. Baçana Tsxadadze, 50. Mikel Alvaro, 80. Vaqif Cavadov, 87.
Bakı: 1. Aqil Məmmədov (k), 3. Yure Travner, 4. Mario Alvares, 5. Ruben Qonzales, 7. Əfran İsmayılov, 8. Cavid Hüseynov (21. Elvin Məmmədov, 58), 12. Etto, 15. Alberto Noquera, 17. Risto Ristoviç (6. Vadim Abdullayev, 46), 20. Tural Qürbətov (19. Marius Pena, 46), 23. Mario Lukas Horvat.
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 10. Aleksandar Soliç, 16. Juninyo, 34. Şəhriyar Əliyev.
Baş məşqçi: Milinko Pantiç.
İnter: 25. Səlahət Ağayev, 4. İvan Benites, 8. Mikel Alvaro, 9. Aleksandr İaşvili (70. Vaqif Cavadov, 46), 11. Asif Məmmədov (k) (24. Fuad Bayramov, 82), 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze (27. Dieqo Madriqal, 58), 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavko Georgievski, 6. Samir Zərgərov, 30. Abbas Hüseynov.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sarı vərəqələr: Etto, 72 (qeyri-idman hərəkəti); 72 (hakimin qərarına etiraz). Alberto Noquera, 76 (qeyri-idman hərəkəti). Lukas Mario Horvat, 78 (qeyri-idman hərəkəti) - Brüs Abdulaye, 20 (topa əl ilə oyun). Fuad Bayramov, 86 (topa əl ilə oyun).
Qırmızı vərəqə: Etto, 72.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rza Məmmədov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
"Bakı"nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.
 
Rəvan - Qəbələ 1:2
Qollar: Yamin Ağakərimzadə, 85 - Viktor Mendi, 38. Ürfan Abbasov, 41.
Rəvan: 85. Kamal Bayramov, 6. Ceyhun Cavadov (11. Kamil Nurəhmədov, 62), 7. Elvin Həsənəliyev (24. Yamin Ağakərimzadə, 75), 10. Tyaqo Mirasema, 14. Xuan Manuel Varea, 15. Dmitri Kruqlov (40. Mişel Balokoq, 55), 17. Ramazan Abbasov (k), 20. Miloş Adamoviç, 28. Boyan Markoviç, 30. Cəmşid Məhərrəmov, 41. Kamil Kopunek.
Ehtiyat oyunçular: 1. Lukas Sapela, 9. Elnur Abdulov, 21. Novruz Məmmədov, 26. Elçin Xəlilov.
Baş məşqçi: Güvənc Kurtar.
Qəbələ: 1. Kamran Ağayev (k), 7. Marat İzmaylov (42. Leonardo da Silva, 46), 8. Nizami Hacıyev, 9. Viktor Mendi (19. Abdulvahid Afolabi, 75), 10. Dodo, 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 31. Daniel Subotiç (14. Lorenzo Ebesilio, 46), 34. Ürfan Abbasov, 44. Rafael Santos, 46. Davronjon Erqaşev.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 6. Vladimir Levin, 22. Lourival Assis, 45. Murad Musayev.
Baş məşqçi: Yuri Syomin.
Sarı vərəqələr: Miloş Adamoviç, 66 (qeyri-idman hərəkəti) - Daniel Subotiç, 44 (qeyri-idman hərəkəti). İbrahima Niasse, 48 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, İsgəndər Əliyev, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Murad Məmmədov.
"Bayıl Arena". 300 tamaşaçı.
 
Simurq - Qarabağ 1:0
Qol: Draqan Çeran, 37.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 7. Ruslan Poladov (k), 10. Rəşad Eyyubov (8. Patrik Osiako, 70), 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 21. Murad Səttarlı (77. Nicat Qurbanov, 87), 30. Raul Kostin.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Usim Nduka, 17. Rüstəm Məmmədov, 22. Salif Ballo, 55. İlqar Hüseynov.
Baş məşqçi: Georgi Çixradze.
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem (99. Nikolas Gelaşvili, 64), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli (24. Admir Teli, 83), 41. Leroy Corc (17. Vüqar Nadirov, 43), 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Raul Kostin, 6 (qeyri-idman hərəkəti). İdan Vaytsman, 65 (qeyri-idman hərəkəti) - Rəşad Sadıqov, 34 (hakimin qərarına etiraz).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Zaqatala şəhər stadionu. 1400 tamaşaçı.
 
Neftçi - Sumqayıt 1:3
Qollar: Ruslan Qurbanov, 90+3 - Mirzağa Hüseynpur, 20. Uğur Pamuk, 51. Pərdis Fərcad-Azad, 78.
Neftçi: 30. Saşa Stamenkoviç (1. Pavel Doroşev, 15), 2. Karlos Kardoso, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov, 7. Araz Abdullayev, 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov (10. Cavid İmamverdiyev, 51), 21. Samir Məsimov, 22. Mahir Şükürov (k), 32. Elvin Yunuszadə (23. Ruslan Qurbanov, 80), 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 3. Denis Silva, 8. Elşən Abdullayev, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.
Sumqayıt: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk, 14. Məhəmməd Qurbanov (7. Pərdis Fərcad-Azad, 65), 15. Nodar Məmmədov (2. Şəhriyar Xəlilov, 71), 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur (8. Aqşin Muxtaroğlu, 89), 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 4. Samir Abasov (k), 17. Adil İbrahimov.
Baş məşqçi: Aqil Məmmədov.
Sarı vərəqələr: Erik Ramos, 2 (qeyri-idman hərəkəti). Ernest Nfor, 18 (qeyri-idman hərəkəti) - Mirzağa Hüseynpur, 57 (qeyri-idman hərəkəti). Uğur Pamuk, 61 (qeyri-idman hərəkəti); 66 (qeyri-idman hərəkəti). Aleksandr Çertoqanov, 69 (hakimin  qərarına etiraz). Şəhriyar Xəlilov, 74 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqələr: Araz Abdullayev, 90+2 (qeyri-etik ifadələr işlətdiyi üçün) - Uğur Pamuk, 66.
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Coşqun Həsənov, Alik Yunusov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asim Xudiyev.
"Bakcell Arena". 1000 tamaşaçı.
 
Xəzər Lənkəran - AZAL 1:1
Qol: Sadio Tounkara, 9 - Con Oluremi, 34.
Xəzər Lənkəran: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 12. Junior Nildo (20. Mbilla Etame, 59), 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 23. Nikola Qliqorov, 30. Elias (16. Adrian Pit, 59//8. Dejan Blajevski, 77).
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 6. Rasim Ramaldanov, 22. Deyvid Sakkoni, 55. Ağabala Ramazanov.
Baş məşqçi: Mustafa Dənizli.
AZAL: 1. Ruslan Məcidov, 8. Qərib İbrahimov (19. Orxan Səfiyaroğlu, 74), 10. Con Oluremi, 15. Oskar Klava, 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 26. Kərim Diniyev (5. Murad Ağayev, 90+2), 27. Rəşad Abdullayev (k) (28. Emin Cəfərquliyev, 90+4), 31. Şəhriyar Rəhimov, 32. Laşa Kasradze, 89. Nedo Turkoviç.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 6. Aydın Qasımov, 9. Orxan Həsənov, 22. Axtam Xamroqulov.
Baş məşqçi: Tərlan Əhmədov.
Sarı vərəqələr: Alvaro Silva, 18 (qeyri-idman hərəkəti) - Branislav Arsenyeviç, 32 (qeyri-idman hərəkəti). Şəhriyar Rəhimov, 88 (qeyri-idman hərəkəti). Oskar Klava, 90+3 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Azər Əsgərov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Füzuli Nəcəfov.
"Xəzər Lənkəran" mərkəzi stadionu. 1200 tamaşaçı.

Komanda

O

Q

H

M

T/F

Xal

1

Qarabağ

31

20

7

4

60-16

67

2

İnter

31

17

6

8

51-32

57

3

Neftçi

31

16

6

9

44-38

54

4

Bakı

31

14

7

10

47-37

49

5

Qəbələ

31

14

6

11

39-33

48

6

Simurq

31

11

10

10

33-24

43

7

Xəzər L

31

9

12

10

32-42

39

8

AZAL

31

6

10

15

28-45

28

9

Sumqayıt

31

4

9

18

23-51

21

10

Rəvan

31

3

9

19

18-57

18


Bombardirlər: Reynaldo Silva (Qarabağ) - 19. Vaqif Cavadov (İnter) - 13. Daniel Subotiç (Qəbələ) - 11. Draqan Çeran (Simurq) - 11. Mbilla Etame (Xəzər Lənkəran), Baçana Tsxadadze (İnter), Leroy Corc (Qarabağ) - 9. Əfran İsmayılov (Bakı), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ) - 8.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

Facebookdan bizi izləməyi unutmayın.
X