Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində baş tutan səfər matçında "Neftçi"yə 0:4 hesabı ilə məğlub olan "Turan Tovuz" iki gün istirahət edəcək.
Tovuzluların sözçüsü Süleyman Tağıyevin Fanat.Az-a verdiyi məlumata görə, bölgə təmsilçisinin növbəti məşqi martın 8-də olacaq.
Klub rəsmisi cəzalı duruma düşən futbolçusu olmayan Tovuz klubunda yaınız Səbayıl Bağırovun müəyyən zədədən əziyyət çəkdiyini, lakin bu futbolçunun da növbəti matça qədər komandanın sıralarına dönə biləcəyini vurğulayıb.
Qeyd edək ki, "Turan Tovuz" növbəti çempionat matçını öz meydanında "Qəbələ"yə qarşı keçirəcək.
Nihat