"Qalatasaray"ın danimarkalı futbolçusu Viktor Nelsson karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.
A Seriyası klubu "Atalanta" 23 yaşlı müdafiəçisinə ciddi maraq göstərir. "Qalatasaray" müqavilə dəyəri 25 milyon avro olan Nelssona görə 20 milyon avro istəyir.
Danimarkalı futbolçu ötən mövsümün əvvəlində "Kopenhagen"dən 7 milyon avroya transfer olunub və onunla 5 illik müqavilə imzalanıb.
Mirağa