İngiltərə Premyer Liqasının son turunda "Liverpul"a 0:7 hesabı ilə uduzaraq tarixinin ən ağır məğlubiyyətini alan "Mançester Yunayted"in qapıçısı David de Xea darmadağına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, ispan qolkiper sosial şəbəkə hesablarında belə bir paylaşım edib:
"Bilirəm ki, fikirlərim yerinə düşməyə bilər. Amma belə hesabla məğlubiyyət yolverilməzdir. Bu nəticə qəza idi. Hamımızın kluba borcumuz var. Biz formasını geyindiyimiz klubun emblemi qarşısında məsuliyyət daşıyırıq. Hələ irəli baxmaq şansımız var. Qarşıda çox sayda oyunlarımız var. Həmin qarşılaşmalara köklənməliyik".
Nihat