Belçika millisinin mərkəz müdafiəçisi Tobi Alderveyreld yığma karyerasını başa vurduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Antverpen"in 34 yaşlı futbolçusu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
Qeyd edək ki, Alderveyreld ölkəsinin seçməsində 127 matça çıxaraq 5 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, "qırmızı şeytanlar"la DÇ-2018-in bürünc medallarını qazanıb.
Nihat